Modern.az

İranda polis idarəsinə hücum: Ölən və yaralanan var

İranda polis idarəsinə hücum: Ölən və yaralanan var

Dünya

10 Avqust 2025, 14:04

İranın Sistan və Bəlucistan əyalətinin Sərəvan şəhərində "Ceyş əl-Ədl" qruplaşmasının üzvləri polis məntəqəsinə hücum ediblər.

 

Modern.az bu barədə "Azad İran" teleqram kanalına istinadla xəbər verir.

 

Hadisə nəticəsində bir polis əməkdaşı həlak olub, daha bir zabit isə yaralanıb.

 

Məlumata görə, təhlükəsizlik qüvvələrinin cavab tədbirləri zamanı silahlılardan üçü zərərsizləşdirilib, ikisi isə saxlanılıb.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza