Modern.az

Qəzzada 5 jurnalist HƏLAK OLDU

Qəzzada 5 jurnalist HƏLAK OLDU

Dünya

11 Avqust 2025, 10:13

Qəzzada İsrailin hücumu nəticəsində Qətərin "Əl-Cəzirə" telekanlının 5 jurnalisti həlak olub.

Modern.az xəbər verir ki, bu barədə kanaldan məlumat verilib.

Qeyd edilir ki, kanalın müxbirləri Ənəs əl-Şərif və Məhəmməd Kreike, həmçinin operatorlar İbrahim Zaher, Məhəmməd Noufəl və Moamen Aliva hücum zamanı həyatlarını itiriblər. Onlarla birlikdə daha iki nəfər həlak olub.

İsrail ordusu iddia edir ki, 28 yaşlı əl-Şərif HƏMAS hərəkatının "terror qruplaşmasına" rəhbərlik edib. Rəsmi açıqlamada deyilir ki, o, İsrailin mülki əhalisinə və ordu bazalarına "raket hücumlarına görə" cavabdeh idi və onun "Əl-Cəzirə" ilə əməkdaşlığı bu fəaliyyəti gizlətmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, Qəzzadakı müharibədə 200-dən çox jurnalist həlak olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza