Modern.az

Türkiyədə zəlzələdən sonra SON DURUM - AÇIQLAMA

Türkiyədə zəlzələdən sonra SON DURUM - AÇIQLAMA

Dünya

11 Avqust 2025, 11:00

Ötən gün Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib. Türkiyə daxili işlər naziri Ali Yerlikayanın məlumatına görə, zəlzələ nəticəsində 1 nəfər ölüb.

Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub.

Yeraltı təkanlar 4.6 və 4.3 maqnitudada qeydə alınıb. Zəlzələ İstanbulda da hiss edilib.

Modern.az-a açıqlamasında Türkiyənin Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyasından (AK Partiya) olan deputatı Şamil Ayrım bildirib ki, zəlzələnin fəsadlarının idarə olunması dövlət tərəfindən həyata keçirilir:

“Hazırda lazımi bütün addımlar atılır. Aidiyyəti qurumlar nə lazımdırsa, edir. Hələlik bir itkimiz var, Allah rəhmət eləsin. Yaralılar da var. Hazırda vəziyyətin nəzarət altında olduğu bildirilir”.

Zəlzələ zamanı 29 nəfər xəsarət alıb. Məlumata görə, zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza