İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanla bağlı fikirləri İslam İnqilabı Keşişçiləri Korpusunun (SEPAH) narahatlığına səbəb olub.
Modern.az-ın məlumatına görə, SEPAH-a bağlı "Tasnim" agentliyində Pezeşkianı tənqid edən məqalə yerləşdirilib və ona xəbərdarlıq edilib.
Məqalədə Pezeşkian neytral və "zəif" çıxışlarına görə tənqid olunub.
Bildirilib ki, Pezeşkianın ifadələri Ali Dini Liderin siyasətinə ziddir və ölkənin nüfuzuna "xələl gətirir".
İran Prezidentinin tənqidçilərinə verdiyi cavab nümunə göstərilərək onun sözlərinin İranın rəqibləri qarşısında acizliyini ortaya qoyduğu iddia edilib. Pezeşkianın “Sən danışmaq istəmirsən? Bəs nə etmək istəyirsən? Müharibə istəyirsən? Yaxşı, hücum etdi; indi düzəldək, gəlib yenə vuracaq!” sözləri buna misal kimi gətirilib.
Qeyd edək ki, Pezeşkian son çıxışlarında qonşu ölkələrlə İranın münasibət qurmaq problemlərindən danışıb. Hicabla bağlı məcburiyyətin düzgün olmadığını bildirib. O, həmçinin Zəngəzur dəhlizi ilə bağlı İran mediasının şişirdilmiş xəbərlər yayıldığını açıqlayıb.