Modern.az

33 azərbaycanlı Rusiyanın Sverdlovsk vilayətindən deportasiya edilib

33 azərbaycanlı Rusiyanın Sverdlovsk vilayətindən deportasiya edilib

Dünya

11 Avqust 2025, 14:05

Bu ilin yanvar-iyul aylarında Rusiyanın Sverdlovsk vilayətindən təxminən 1000 miqrant qanun pozucusu kimi  deportasiya edilib.

Modern.az xəbər verir ki, bu barədə Tagilcity.ru yazıb.

Məlumata görə, deportasiya edilənlərin əksəriyyəti Mərkəzi Asiya ölkələrinin vətəndaşlarıdır. Belə ki, göstərilən müddət ərzində Tacikistandan 400-dən çox, Özbəkistandan 300-ə yaxın vətəndaş və Qırğızıstandan olan 130-dan çox qeyri-qanuni mühacir vətənə göndərilib.

Deportasiya edilənlər siyahısında 33 azərbaycanlı da var. Gürcüstan, Misir və Çindən olan azsaylı xarici vətəndaşlar da (1 nəfərdən 6 nəfərə qədər) vilayət ərazisini tərk etmək məcburiyyətində qalıb.

Məlumata görə, deportasiya edilən şəxslərin hamısı Rusiyaya işə düzəlmək məqsədi ilə gəlsələr də, qanuni əsas olmadan ölkədə olublar. Onlar deportasiya prosedurunu gözləmə müddətini xarici vətəndaşların müvəqqəti saxlanması üçün ixtisaslaşmış mərkəzlərdə keçiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza