Modern.az

“Putin Ukraynada atəşkəsə hazırlaşmır” - Zelenski

“Putin Ukraynada atəşkəsə hazırlaşmır” - Zelenski

Dünya

12 Avqust 2025, 08:44

“Putin Ukraynada atəşkəsə hazırlaşmır”, - Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu prezident Vladimir Zelenski kəşfiyyat hesabatı əsasında bildirib.

"Putin Amerika ilə görüşü yalnız şəxsi qələbəsi kimi təqdim etməyə və əvvəlki kimi hərəkət etməyə, Ukraynaya əvvəlki kimi təzyiq göstərməyə davam etmək fikrindədir. ", - deyə Zelenski vurğulayıb.

O əlavə edib ki, ruslar öz qoşunlarını və qüvvələrini “yeni hücum əməliyyatlarına başlayacaq” şəkildə hərəkət etdirirlər.

"Əgər kimsə sülhə hazırlaşırsa, bunu etmir. Biz tərəfdaşlarımızı döyüş meydanında, diplomatiyada və Rusiyanın gələcək fəaliyyət planında real vəziyyət barədə məlumatlandırmağa davam edirik", - Zelenski əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza