Modern.az

Mirzoyan Lavrovu Vaşinqton sazişi barədə məlumatlandırdı

Mirzoyan Lavrovu Vaşinqton sazişi barədə məlumatlandırdı

Dünya

12 Avqust 2025, 09:20

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən axşam Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb.

Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

“Ermənistan xarici işlər naziri rusiyalı həmkarına avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalar, xüsusilə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanması və ATƏT-in Minsk prosesinin və əlaqədar strukturların ləğvi ilə bağlı birgə müraciət barədə məlumat verib, həmçinin regional kommunikasiyaların blokdan açılması məsələsində təsdiqlənmiş fundamental prinsipləri vurğulayıb”.

Ermənistan xarici işlər naziri bu mühüm mərhələ ilə bağlı Rusiya XİN rəhbərinin təbrikinə və dəstəyə görə minnətdarlığını bildirib.

Həmsöhbətlər Ermənistan və Rusiya arasında ikitərəfli əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza