Modern.az

Papikyanın müşaviri həbs edildi

Papikyanın müşaviri həbs edildi

Dünya

12 Avqust 2025, 10:39

Ermənistanın müdafiə naziri Suren Papikyanın müşaviri, hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvü Arşak Orduxanyan həbs edilib.

Modern.az erməni mediasına istinadən xəbər verir ki, o, cinayətkar birlik yaratma və mənimsəmədə ittiham edilir.

"Bir nəfər barəsində Ermənistan Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi (cinayətkar birliyin yaradılması və ya ona rəhbərlik edilməsi) və 257-ci maddəsinin 3-cü hissəsinin 1 və 3-cü bəndləri (kompüter texnikasından istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmə) ilə cinayət işi açılıb", - İstintaq Komitəsindən bildirilib.

Bu maddələrdə nəzərdə tutulmuş əməllərin törədilməsi 15 və 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza