Modern.az

Ukrayna Rusiyanın işğal etdiyi ərazilərdən imtina edə bilər

Ukrayna Rusiyanın işğal etdiyi ərazilərdən imtina edə bilər

Dünya

12 Avqust 2025, 14:35

Ukrayna müharibəyə son qoymaq və NATO-ya üzvlük haqqı qazanmaq üçün bəzi ərazilərindən imtina edə bilər.

Modern.az xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Ukrayna prezidenti Volodimir Zelenski Avropa liderlərinə Donald Trampın hələ də nəzarət olan Ukrayna torpaqlarının verilməsini nəzərdə tutan sülh həllini rədd etmələrini deyib. Bununla belə, artıq Rusiyanın əlində olan Ukrayna əraziləri müzakirə mövzusu ola bilər.

Qəzet qeyd edir ki, cəbhə xətti dondurula və Luqansk, Donetsk, Zaporojye, Xerson və Krımda işğal etdiyi ərazilər üzərində nəzarəti faktiki olaraq Rusiyaya təhvil verilə bilər.

Kiyevin bu məsələdə mövqeyinin yumşaldılması Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında avqustun 15-də Alyaskada keçirilməsi planlaşdırılan danışıqlar ərəfəsində baş verib.

Qeyd edək ki, Donald Tramp Ukraynadakı münaqişənin həllini müzakirə etmək üçün avqustun 15-də Alyaskada Vladimir Putinlə görüşə ümid etdiyini bildirib. Kreml tarixi və yeri təsdiqləyib. CBS News-un məlumatına görə, Zelenski də müzakirələrə qoşula bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza