Modern.az

Çin Çexiya Prezidenti ilə əlaqələri kəsdi - SƏBƏB

Çin Çexiya Prezidenti ilə əlaqələri kəsdi - SƏBƏB

Dünya

12 Avqust 2025, 16:33

Çin hökuməti Çexiya prezidenti Petr Pavel ilə əlaqələri kəsib.

Modern.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Pekin 14-cü Dalay Lama ilə görüşünə cavab olaraq Çexiya lideri ilə bütün əlaqələri kəsmək qərarına gəlib.

"Dəfələrlə etirazlara və Çinin güclü müqavimətinə baxmayaraq, Çexiya prezidenti Petr Pavel Dalay Lama ilə görüşmək üçün Hindistana səfər edib. Bu, Çexiya hökumətinin Çin tərəfi qarşısında götürdüyü siyasi öhdəliklərə ciddi şəkildə ziddir və Çinin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirir", - Çin XİN qeyd edib.

Pekin Çexiya prezidentinin belə bir addımını qətiyyətlə pisləyib və onun Tibetin ruhani lideri ilə görüşünə görə Çexiya tərəfinə öz etirazını bildirib.

Qeyd edək ki, ötən ayın sonu Yaponiyaya səfərini başa vurduqdan sonra Çexiya prezidenti Hindistana şəxsi səfər edib və iyulun 27-də 14-cü Dalay Lama ilə görüşüb, Tibetin ruhani liderini bu yaxınlarda 90 illik yubileyi münasibətilə təbrik edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza