Modern.az

Ərdoğan Zelenski ilə nələrdən danışdı

Ərdoğan Zelenski ilə nələrdən danışdı

Dünya

12 Avqust 2025, 19:21

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

 

Modern.az Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiyalar İdarəsinə istinadla xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli münasibətlərin vəziyyəti və perspektivləri, regional və qlobal proseslər ətrafında fikir mübadiləsi aparılıb.

 

Türkiyə lideri Kiyev ilə Moskva arasında birbaşa İstanbul danışıqları zamanı əldə edilmiş irəliləyişi yüksək qiymətləndirib, dialoqun növbəti raundlarının səmərəliliyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, bu, “sülh prosesinin bir hissəsi kimi atəşkəs istiqamətində mühüm addımlar əldə etməyə imkan verəcək”.

 

Prezident Ərdoğan Türkiyənin Ukrayna ilə bağlı yüksək səviyyədə görüş təşkil etməyə hazır olduğunu qeyd edərək, üç Rusiya-Ukrayna işçi qrupunun yaradılmasının “yekun nəticəyə yol açacağını” qeyd edib.

 

Türkiyə lideri Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğulayıb.

 

Türkiyədəki analitiklər və ekspertlər Rusiya ilə ABŞ liderlərinin avqustun 15-də Alyaskada planlaşdırılan görüşü ərəfəsində Ərdoğanla Zelenski arasında telefon danışığının əhəmiyyətini vurğulayıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza