Modern.az

Bu təyyarələrdə “powerbank” istifadə etmək qadağan edildi

Bu təyyarələrdə “powerbank” istifadə etmək qadağan edildi

Dünya

13 Avqust 2025, 15:03

Türkiyənin "AJet" aviasiya şirkəti uçuş zamanı təyyarələrdə daşınan enerji yığan cihazların ("powerbank") istifadəsini qadağan edib.

Modern.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Qərar Türkiyənin Mülki Aviasiya Baş İdarəsinin (SHGM) tövsiyəsinə əsasən qəbul edilib.

Qərara əsasən, tutumu 100 vat/saata qədər olan litium batareyalı "powerbank"lar, elektron siqarətlər və ehtiyat batareyalar yalnız əl yükündə daşına biləcək, lakin uçuş zamanı işlədilməyəcək. 100-160 vat/saat tutumlu batareyalar üçün aviaşirkətdən xüsusi icazə alınacaq. 160 vat/saatdan artıq tutuma malik batareyalar isə sərnişin baqajında daşınmayacaq, yalnız müəyyən şərtlərlə yük kimi qəbul ediləcək.

Qərar İstanbul–Seul reysində baş verən hadisədən sonra qəbul edilib. Həmin uçuşda sərnişinlərdən birinin "powerbank" cihazı oturacaq arasına düşüb, nəticədə təyyarə İstanbul Hava Limanına geri dönüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu