Modern.az

Azərbaycan əleyhinə qətnamə layihəsi rədd edildi

Azərbaycan əleyhinə qətnamə layihəsi rədd edildi

Dünya

13 Avqust 2025, 17:23

Cenevrə kantonunun parlamentinin bir sıra ermənipərəst üzvü tərəfindən 2024-cü il noyabrın 5-də irəli sürülmüş “Dağlıq Qarabağın ilhaqı və Azərbaycanın siyasi məhbuslarının azadlığa buraxılması” adlı 24.321 saylı qətnamə layihəsi Azərbaycanın İsveçrədəki səfirliyinin apardığı məqsədyönlü fəaliyyət nəticəsində avqustun 11-də bu ölkənin parlamentinin yuxarı palatası olan Kantonlar Şurasının Xarici Əlaqələr Komitəsi tərəfindən rədd edilib.

Modern.az-ın məlumatına görə, Azərbaycanın İsveçrədəki səfirliyindən bildirilib ki, bununla yanaşı, həmin Komitənin vitse-prezidenti, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Karlo Sommaruga tərəfindən irəli sürülmüş, yalnız “məhbuslara” və “erməni mədəni irsinin mühafizəsinə” istinad edən yeni qərar layihəsi 5 əleyhinə, 4 lehinə və 3 bitərəf səslə Komitənin gündəliyindən çıxarılıb.

Qeyd edək ki, İsveçrə parlamentinin yuxarı palatasının Xarici Əlaqələr Komitəsinin mətbuat məlumatında Cenevrə kantonal parlamentinin təxribat xatakterli məlum təşəbbüsünün birtərəfli olduğu, yalnız Azərbaycan tərəfinə tələblər irəli sürdüyü vurğulanıb və bu cür yanaşmaya etiraz ifadə olunub.

İsveçrə parlamentinin sözügedən qərarı bir daha radikal erməni qrupları tərəfindən dəstəklənən parlamentarilərin uğursuzluğunu nümayiş etdirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu