Modern.az

Ərdoğan Zakir Həsənovun müşavirinə yüksək vəzifə verdi

Ərdoğan Zakir Həsənovun müşavirinə yüksək vəzifə verdi

Dünya

14 Avqust 2025, 08:11

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Quru Qoşunları Komandanlığında 119 generalın, Hərbi Hava Qüvvələri Komandanlığında 31 generalın, Hərbi Dəniz Qüvvələri Komandanlığında isə 35 admiralın vəzifələri dəyişib.

Modern.az xəbər verir ki, müvafiq sərəncam “Resmi Gazete”də dərc olunub.

Sərəncama əsasən, Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müşaviri Bəxtiyar Ersay Quru Qoşunları Komandanlığının tabeliyindəki 1-ci Ordu Komandanlığının rəhbəri təyin edilib.

Xatırladaq ki, avqustun 5-də B.Ersaya ordu generalı rütbəsi verilib. O, 2022-ci ildən Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsində çalışır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu