Modern.az

Ukrayna MDB-nin daha bir sazişindən çıxdı

Ukrayna MDB-nin daha bir sazişindən çıxdı

Dünya

14 Avqust 2025, 08:41

Ukrayna hökuməti MDB dövlətlərinin imzaladığı daha bir sazişdən çıxmaq qərarına gəlib.

Modern.az xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk məlumat verib.

"Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin fövqəladə hallar zamanı üçüncü ölkədən öz vətəndaşlarının təxliyəsi sahəsində qarşılıqlı fəaliyyəti haqqında Sazişdən çıxma barədə qanun layihəsi təsdiqlənib", - deyə o yazıb.

Qeyd edək ki, sözügedən sənəd 1996-cı ilin aprelində imzalanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu