Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 8-də Vaşinqtonda imzalanan və paraflanan sənədlərlə bağlı “Fox News” telekanalına müsahibə verib.
Modern.az-ın məlumatına görə, Paşinyan müsahibəsində deyib:
"Hesab edirəm ki, saziş və bəyannamənin İran və Rusiya üçün çox ciddi faydaları var. Bu saziş həyata keçirildikdə İran Fars körfəzindən Qara dənizə gedən dəmir yoluna çıxış əldə edəcək. Rusiya və İran iki ölkə arasında dəmir yolu əlaqəsinə malik olacaqlar".
“Demək istədiyim odur ki, əgər biz bu sazişin iqtisadi tərəfinə diqqət yetirsək, o zaman təkcə Ermənistan, Azərbaycan, ABŞ və Türkiyə deyil, həm də Rusiya və İran çox mühüm və həqiqətən hiss olunan, praktiki olaraq görünməmiş faydalar əldə edəcəklər: indi Cənubi Qafqazdan İranı Rusiya ilə birləşdirən dəmir yolu yoxdur.
Ona görə də mən bunu beynəlxalq sabitlik və təhlükəsizlik çərçivəsində bütün ölkələrə, o cümlədən, yeri gəlmişkən, bütün beynəlxalq ictimaiyyətə əhəmiyyətli faydalar gətirə biləcək çox mühüm saziş hesab edirəm.
Mən artıq qeyd etdim ki, bizim “sülh yollarının kəsişməsi” adlı layihəmiz var və həqiqətən də bu saziş əməkdaşlığın qovşağına çevrilə bilər və bizim məqsədimiz məhz budur”, - Paşinyan bildirib.