Modern.az

Ərdoğan Özgür Özəldən 1 milyon tələb edir

Ərdoğan Özgür Özəldən 1 milyon tələb edir

Dünya

14 Avqust 2025, 15:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ qarşı 1 milyon lirəlik təzminat iddiası qaldırıb.

Modern.az xəbər verir ki, bu barədə Prezidentin vəkili Hüseyn Aydın məlumat verib.

Onun sözlərinə görə, iddia Özgür Özəlin 13 avqust 2025-ci il tarixində Bayrampaşada keçirilən mitinqdəki fikirləri zamanı və eyni gün Marmara Həbsxanasının çıxışında mətbuata açıqlamasında Rəcəb Tayyib Ərdoğanı hədəf alan əsassız ittihamları səbəbilə qaldırılıb.

Bildirilib ki, bundan əlavə, Prezidentə təhqir ittihamı ilə bağlı Ankara Baş Prokurorluğuna da şikayət ərizəsi verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu