Modern.az

Tramp Putinlə görüşə onları aparır

Tramp Putinlə görüşə onları aparır

Dünya

14 Avqust 2025, 18:22

ABŞ prezidenti Donald Trampı Ankoricdə vitse-prezident C.D.Vens, dövlət katibi Marko Rubio, xüsusi elçi Stiv Uitkoff və maliyyə naziri Skott Bessent müşayiət edəcək.

 

Modern.az xəbər verir ki, Amerika və Rusiya prezidentləri avqustun 15-də Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında görüşəcəklər. Danışıqlar yerli vaxtla saat 11:30-da başlayacaq.

 

 

Prezidentlərin əvvəlcə təkbətək görüşü (yalnız tərcüməçilər iştirak edəcək), daha sonra qalan nümayəndə heyətləri işgüzar səhər yeməyinə qoşulacaqlar.

 

Qeyd edək ki, Alyaska sammitində Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov və RDIF-in baş direktoru Kirill Dmitriyev daxildir.

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu