Modern.az

Netanyahunun 5 əsas prinsipi - SİYAHI

Netanyahunun 5 əsas prinsipi - SİYAHI

14 Avqust 2025, 22:36

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında ölkəsinin təhlükəsizliyini təmin edəcək və qələbəni şərtləndirəcək “beş əsas prinsip”i elan edib.

Modern.az-ın məlumatına görə, Netanyahu bildirib ki, bu prinsiplər İsrailin təhlükəsizliyinin təminatıdır və “qələbə” anlayışının həqiqi mənasını ifadə edir.

Sözügedən prinsiplər aşağıdakılardır:

1. HAMAS-ın tam şəkildə silahsızlaşdırılması;

2. Bütün girovların azad edilməsi;

3. Qəzza zolağının tam demilitarizasiyası;

4. Qəzzada, o cümlədən təhlükəsizlik perimetri üzərində İsrailin təhlükəsizlik nəzarətinin təmin edilməsi;

5. Nə HAMAS, nə də Fələstin Milli Administrasiyası tərəfindən idarə olunmayacaq alternativ mülki idarəetmənin yaradılması.

Baş nazir əlavə edib ki, İsrail bu prinsiplərin həyata keçirilməsi üzərində işləyir və “hamı artıq bunu anlamalıdır”.

Onun sözlərinə görə, hökumət bu “beş əsas prinsipi” ötən həftə təsdiqləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna BOMBA YAĞDIRIR - Rusiya cəhənnəm alovuna qərq oldu