Modern.az

Karapetyanın həbs müddəti uzadıldı

Karapetyanın həbs müddəti uzadıldı

Dünya

15 Avqust 2025, 08:21

İrəvan məhkəməsi iş adamı, “Tashir Group” şirkətinin sahibi Samvel Karapetyanın həbs müddətini iki ay uzadıb.

 

Modern.az xəbər verir ki, bu barədə onun vəkili Liana Qasparyan jurnalistlərə məlumat verib.

 

Müdafiə tərəfi qərarı şikayət etmək niyyətindədir.

 

Qeyd edək ki, Samvel Karapetyan son vaxtlar ölkədəki siyasi vəziyyətlə bağlı hakimiyyətə qarşı kəskin tənqidi çıxışlar etmişdi.

 

Ermənistan məhkəməsinin qərarına əsasən, Karapetyana qarşı “hakimiyyəti zorla ələ keçirməyə açıq çağırış” maddəsi üzrə ittiham irəli sürülərək həbs edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu