Rusiyanın Sankt-Peterburq şəhərində yeniyetmələr SSRİ-nin qurucusu Vladimir Leninə oxşarlığı ilə seçilən Fyodor adlı yaşlı kişiyə hücum ediblər.
Modern.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq bölməsi məlumat yayıb.
Komitə sosial şəbəkədə yayılan görüntülərdən sonra hərəkətə keçib.
Zərərçəkmiş əvvəlcə yeniyetmələrə müqavimət göstərməyə çalışsa da, üzünə dəyən yumruqdan sonra yıxılıb və ayağa qalxa bilməyib.
Yeniyetmələrə qarşı Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci bəndi ilə (bir qrup şəxs tərəfindən xuliqanlıq) cinayət işi açılıb.