Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasını alqışlayırıq.
Modern.az-ın məlumatına görə, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref Avrasiya Hökumətlərarası Şurasının Qırğızıstanda keçirilən geniş iclasında bildirib.
O qeyd edib ki, Tehran ölkələrin ərazi bütövlüyünə hörmətlə bağlı dəyişməz mövqeyini bəyan edir.
"İran üçüncü tərəflərin regionun işlərinə müdaxiləsinin davamlı təhlükəsizliyə töhfə verməyəcəyinə inanır", - Məhəmməd Rza Aref vurğulayıb.