Modern.az

Ruslar Alyaskanı amerikalılara “su qiyməti”nə SATMIŞDILAR - TARİX

Ruslar Alyaskanı amerikalılara “su qiyməti”nə SATMIŞDILAR - TARİX

Dünya

15 Avqust 2025, 11:31

Bütün dünya bu gecə ABŞ-ın Alyaska ştatında Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında baş tutacaq görüşün nəticələrini gözləyir. Alyaskadakı Ankoric şəhərində keçiriləcək görüş yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 23:00) başlayacaq.

Görüşdə əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsi olacaq.

Putin tarixdə Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq.


Qeyd edək ki, Alyaska vaxtilə Rusiya torpaqları olub.

Modern.az saytı tarixi mənbələrə istinadən xəbər verir ki, Alyaska 1867-ci ildə, Rusiya imperatoru II Aleksandrın zamanında ABŞ-a satılmışdı.

Təklifi ruslar irəli sürmüşdülər və hətta tərəddüd edən amerikalı konqresmenlərə rüşvət də təklif etmişdilər. O zaman Moskva dünyanın ən uzaq guşələrindən birində yerləşən Alyaskanı lazımsız yer hesab edərək, onu tez satmağı düşünürdü. Ruslar bu torpaq satışından əldə etdikləri 7 milyon 200 min dollara imperiya daxilində dəmiryolu xətti çəkmişdilər.

Alyaska satıldıqdan bir müddət sonra amerikalılar burada nəhəng neft ehtiyatları, qızıl yataqları aşkar etdilər. Əhəmiyyətli qızıl qaynaqlarının kəşfi 1880-ci illərdə və 1890-cı illərdə çox sayda amerikalının Alyaskaya yerləşməsinə səbəb oldu. 1968-də Şimal Qütbü sahil düzənliyində neft və təbii qaz yataqlarının tapılmasıyla Alyaska daha da inkişaf etdi. Bütün bunlar rusları sonradan dərindən peşman etmişdi...

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynada ƏMƏLİYYAT - Krımda Rusiyaya ağır zərbə