Xəbər verdiyimiz kimi, Rusiya xarici işlər naziri Sergey Lavrov Alyaskaya üzərində SSRİ yazılan sviterlə gedib.
Modern.az-ın məlumatına görə, Rusiyanın Strateji Təşəbbüslər Agentliyi bildirib ki, Lavrovun köynəyi Çelyabinskdə fəaliyyət göstərən "SelSovet" brendinə məxsusdur.
Rəsmi Teleqram kanalında bildirilib ki, Lavrovun geyindiyi bu köynək “SSRİ sviteri” kimi tanınır. SelSovet brendi 2017-ci ildə Çelyabinskdə yaradılıb və arxiv estetikası ilə müasir üslubu birləşdirən geyimlər istehsal edir.
Qeyd edək ki, nazirin geyimi sosial şəbəkələrdə müzakirələrə səbəb olub və onun bu köynəklə mesaj verdiyi iddia edilir.