Modern.az

Mançesterdə iki təyyarə toqquşdu

Mançesterdə iki təyyarə toqquşdu

Dünya

15 Avqust 2025, 22:35

Böyük Britaniyanın Mançester hava limanında iki təyyarənin uçuş zolağında qanadlarının toqquşması nəticəsində reyslərdə gecikmələr yaranıb.

 

Modern.az BBC-yə istinadla xəbər verir ki, Mançesterdən Cəbəllütariq istiqamətində uçan reys ilə Paris Şarl de Qoll hava limanına yollanan reys taksi hərəkəti zamanı bir-birinə toxunub.

 

Toqquşmadan sonra hava limanında bütün uçuşlar qısa müddətə dayandırılıb, zədələnmiş təyyarələrdə təhlükəsizlik yoxlaması aparılıb. Mançester hava limanı fəaliyyətini bərpa edib.

 

Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu