Modern.az

Ukrayna ilə bağlı razılaşma artıq Zelenskidən asılıdır - Tramp

Ukrayna ilə bağlı razılaşma artıq Zelenskidən asılıdır - Tramp

Dünya

16 Avqust 2025, 08:31

Alyaskada keçirilən ABŞ-Rusiya sammitindən sonra Ukrayna münaqişəsinin nizamlanmasına dair razılaşmanın əldə olunması indi Volodimir Zelenskidən asılıdır.

Modern.az xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp “Fox News”a müsahibəsində deyib:

"Düşünürəm ki, bir sövdələşmə bağlana bilər. İndi onun bağlanıb-bağlanmayacağı Zelenskidən asılıdır".

Tramp əlavə edib ki, Avropa ölkələri razılaşmaların əldə olunmasında az da olsa rol oynamalı olacaqlar.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu