Modern.az

Tramp xanımının məktubunu Putinə təqdim etdi

Tramp xanımının məktubunu Putinə təqdim etdi

Dünya

16 Avqust 2025, 09:42

ABŞ prezidenti Donald Tramp Alyaskada keçirilən görüş zamanı rusiyalı həmkarı Vladimir Putinə öz həyat yoldaşı Melaniyanın məktubunu təqdim edib.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" 2 nəfər adı çəkilməyən Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

Onlar məktubun məzmununu təqdim etməyiblər. Təkcə onu qeyd ediblər ki, məktub Ukraynadakı münaqişə zamanı qaçırıldığı iddia edilən uşaqların taleyinə aiddir.

Qeyd edək ki, dünənki görüşdə Melaniya Tramp həyat yoldaşı Donald Trampı müşayiət etməyib.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu