Modern.az

Tramp sammitin əvvəlində şən görünürdü, sonda bədbin - Xarici KİV

Tramp sammitin əvvəlində şən görünürdü, sonda bədbin - Xarici KİV

Dünya

16 Avqust 2025, 10:11

Tramp-Putin Alyaska danışıqları razılaşmasız başa çatıb: Onlar tezliklə yenidən görüşməyə razılaşırlar

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibə ilə bağlı təxminən üç saatlıq görüşü başa çatdırıblar, qısa açıqlamalar veriblər, lakin atəşkəs və sülh sazişi elan etmədən ayrılıblar.

Modern.az xəbər verir ki, bu barədə NBC News-un məlumatında bildirilib.

“İki çox vacib ölkə arasında çox isti görüş oldu”. Bu sözləri ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra “Fox News”a müsahibəsində deyib. O bildirib ki, tərəflər bir çox məsələdə razılığa gəliblər.

“Bizim bura kimi gəlib çıxmağımız çox yaxşıdır. Düşünürəm ki, biz razılaşmaya çox yaxınıq. Artıq anlaşdığı zaman çox yaxşıdır. Ukrayna buna razılıq verməlidir”.

"Danışıqlarımız qarşılıqlı hörmət və konstruktiv atmosferdə keçdi. Onlar çox əsaslı və faydalı oldu", - deyə Putin görüşdən sonra qeyd edib.

Danışıqlarda nəyin razılaşdırıldığı bəlli deyil. Tramp iki tərəfin "əhəmiyyətli irəliləyiş" əldə etdiyini söyləyib, lakin heç bir detal təqdim etməyib.

"Biz ora çatmamışıq, lakin ora çatmaq üçün çox yaxşı şansımız var", - o söyləyib. Tramp Putinə üz tutaraq, “yəqin ki, tezliklə yenidən görüşəcəyik” deyib.

“Növbəti dəfə Moskvada”,- deyə Putin ona cavab verib.

Putinin deyib ki, Tramp hakimiyyətdə olsaydı, Ukrayna ilə müharibə baş verməyəcəkdi.

NBC Newsun məlumatında deyilir ki, “Tramp sammitin əvvəlində şən görünürdü, lakin sonunda o, solğunlaşdı”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu