Modern.az

“Putin çox ağıllı oğlandır” - Tramp 

“Putin çox ağıllı oğlandır” - Tramp 

Dünya

16 Avqust 2025, 11:40

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini “çox ağıllı oğlan” adlandırıb.

Modern.az xəbər verir ki, Tramp bu haqda “Fox News” telekanalına müsahibəsində deyib.

Putini danışıqlar masasına nə gətirdiyini soruşduqda Tramp belə cavab verib:

“Mən demək istəmirəm ki, onu danışılara nə isə gətirdi, heç nə, o, çox ağıllı oğlandır”.

“Düşünürəm ki, o, indi ölkəmizə hörmət edir, sizə deyə bilərəm ki, Baydenin dövründə o, ölkəmizə hörmət etmirdi”, - Tramp əlavə edib.

ABŞ prezidenti həmçinin qeyd edib ki, onun fikrincə, Putin təkcə dünyaya açıq deyil, həm də “bunun həyata keçirilməsini görmək istəyir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu