Modern.az

Orbandan Tramp-Putin görüşünə REAKSİYA

Orbandan Tramp-Putin görüşünə REAKSİYA

Dünya

16 Avqust 2025, 12:08

Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Trampın Alyaskadakı görüşü iki ölkə arasında əməkdaşlığın bərpasına və beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə gətirib çıxaracaq.

Modern.az xəbər verir ki, bu fikirləri Macarıstan baş naziri Viktor Orban sosial şəbəkə hesabında paylaşıb.

"İllərdir ki, biz iki ən böyük nüvə dövlətinin əməkdaşlıq çərçivəsini məhv etdiyini və təhdidləri mübadilə etdiyini gördük. İndi bu bitdi. Bu gün dünya dünənkindən daha təhlükəsiz yerdir", - Orban Facebook-da yazıb.

Xatırladaq ki, dünən Ukrayna müharibəsindən sonra ilk dəfə ABŞ və Rusiya liderləri görüşüblər. Görüş vaxtilə rusların ABŞ-yə satdığı Alyaskanın Ankoriç şəhərində keçirilib. 3 saat çəkən görüş barədə Rusiya Prezidenti Vladimir Putin "Danışıqlarımız qarşılıqlı hörmət və konstruktiv atmosferdə keçdi. Onlar çox əsaslı və faydalı oldu", deyə bəhs edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu