Modern.az

Çində daşqınlar - 8 nəfər öldü

Çində daşqınlar - 8 nəfər öldü

Dünya

17 Avqust 2025, 09:08

Çinin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsində daşqınlar nəticəsində azı 8 nəfər ölüb, daha 4 nəfər itkin düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

 

Məlumata görə, fövqəladə hadisə avqustun 16-da Pekin vaxtı ilə saat 22:00-da (Bakı vaxtı ilə 18:00) şəhərin Bayan Nur dairəsindəki turist düşərgəsində baş verib.

 

Hakimiyyət orqanları itkinlərin axtarışına xilasediciləri səfərbər edib.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu