Modern.az

Türkiyədə meşə yanğınları DAVAM EDİR

Türkiyədə meşə yanğınları DAVAM EDİR

Dünya

17 Avqust 2025, 13:55

Türkiyənin Çanaqqala vilayətində, Sinopun isə Gerze rayonunda baş verən meşə yanğınları davam edir.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın əsən küləyin təsiri ilə meşə sahələrinə yayılıb, Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazisinə girişlər müvəqqəti dayandırılıb.

 

Çanaqqala valisi Ömər Toraman bildirib ki, hadisə ilə bağlı bölgədən 251 vətəndaş təhlükəsiz ərazilərə köçürülüb və Gelibolunun beş kəndi təxliyə edilib.

 

Yanğınla mübarizəyə 12 təyyarə, 12 helikopter, yüzə yaxın quru texnikası və 560 nəfərdən ibarət canlı qüvvə cəlb edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu