Modern.az

Serbiyada etiraz aksiyaları - 6 polis yaralandı

Serbiyada etiraz aksiyaları - 6 polis yaralandı

Dünya

17 Avqust 2025, 17:42

Bazar günü gecə Valyevo, Belqrad və Serbiyanın digər şəhərlərində baş verən iğtişaşlar zamanı 6 polis əməkdaşı yaralanıb, 56 nəfər saxlanılıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə bazar günü Serbiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

“Dünənki razılaşdırılmamış etiraz aksiyaları zamanı 6 polis əməkdaşı yaralanıb, 56 nəfər saxlanılıb, onlardan 16-sı cinayət törətməkdə şübhəli bilinir. Daha 35 nəfər isə inzibati xətalara görə məsuliyyətə cəlb edilib”, - məlumatda deyilir.

 

Belqraddan 100 kilometr qərbdə yerləşən Valyevoda etirazlar şənbə günü axşam saatlarında şəhərdə polisin nümayişçilərə qarşı zorakılığını əks etdirən videonun sosial mediada yayılmasından sonra başlayıb. Bazar günü gecə orada hakim Serb Tərəqqi Partiyasının (SPP) və onun tərəfdaş partiyalarının, şəhər administrasiyası, məhkəmə və prokurorluğun ofislərinə hücum edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu