Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla görüşmək üçün ABŞ-yə yollanıb.
Modern.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak öz “Telegram” kanalında məlumat verib.
O qeyd edib ki, Ukrayna lideri təyinat yerinə təxminən 6,5 saata çatacaq.
Xatırladaq ki, avqustun 18-də Zelenski Avropa liderləri ilə birlikdə Trampla görüşəcək və Alyaska görüşünü müzakirə edəcəklər.