Modern.az

Rusiya ilə ABŞ bu məsələdə razılığa gəliblər

Rusiya ilə ABŞ bu məsələdə razılığa gəliblər

Dünya

17 Avqust 2025, 23:47

Alyaskada keçirilən sammit zamanı ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Ukrayna üçün təhlükəsizlik zəmanətləri barədə razılığa gəlib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof bildirib.

"Biz oyunu dəyişən kimi xarakterizə edəcəyim möhkəm təhlükəsizlik zəmanətləri üzərində razılaşdıq", - o, CNN-ə müsahibəsində deyib.

Xüsusi nümayəndə qeyd edib ki, bu təminatların mexanizmləri NATO Nizamnaməsinin alyans dövlətlərinin kollektiv müdafiəsinə aid 5-ci maddəsini xatırladır. Bu maddəyə görə, NATO üzvü olan ölkəyə hücum bütün alyansa hücum hesab edilir.

Onun sözlərinə görə, Vladimir Putin digər ərazilərə müdaxilə etməmək və digər Avropa ölkələrinə hücum etməmək öhdəliyini qanunda təsbit etməyə razılaşıb.

Uitkof qeyd edib ki, hazırda Ukraynada müharibənin həll edilməsində əsas məsələ ərazi güzəştləri mövzusudur. ABŞ prezidenti Donald Tramp bazar ertəsi Ukrayna prezidenti Zelenski və Avropa İttifaqı liderləri ilə sözügedən məsələni müzakirə etmək niyyətindədir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu