İran prezidenti Məsud Pezeşkian Ermənistana iki günlük rəsmi səfər edib.
Modern.az xəbər verir ki, Armenpress-in məlumatına görə, İran prezidentini Yerevanın Zvartnots hava limanında Baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb.
İran prezidenti Ermənistan səfəri öncəsi Tehranda yüksək vəzifəli şəxslərlə görüşüb. İran prezidentinin rəsmi saytında dərc olunan məlumata görə, Ermənistanla enerji, nəqliyyat, ticarət, investisiya, səhiyyə, ətraf mühitin mühafizəsi, elm, mədəniyyət və turizm sahələrində mümkün əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.
Bildirilir ki, tərəflər əsas çağırışları və əməkdaşlıq imkanlarını müəyyənləşdirib, onların həlli strategiyalarını müzakirə ediblər.
Avqustun 19-da İran prezidentinin səfəri çərçivəsində İrəvanda Ermənistan-İran biznes forumu keçiriləcək.
İran prezidentinin İrəvandan Belarusa səfər edəcəyi məlumdur.
***
İran prezidenti Məsud Pezeşkian yüksək səviyyəli nümayəndə heyətinə rəhbərlik edərək bazar ertəsi Tehrandan İrəvana yola düşüb.
Modern.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
Məsud Pezeşkianın İrəvanda ikitərəfli əməkdaşlıq məsələlərilə yanaşı, Zəngəzur dəhlizini də müzakirə edəcəyi bildirilir.