Modern.az

SOCAR-ın obyektinin vurulmasına Zelenskidən REAKSİYA

SOCAR-ın obyektinin vurulmasına Zelenskidən REAKSİYA

Dünya

18 Avqust 2025, 14:44

Xəbər verdiyimiz kimi, ötən gecə Rusiya Silahlı Qüvvələri Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub.

Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, hava hücumundan müdafiə qüvvələrinin aktiv fəaliyyətinə baxmayaraq, Odessa rayonunda zərbələrin nəticələri qeydə alınıb.

Onun sözlərinə görə, hücum nəticəsində şəhər ətrafında yerləşən yanacaq-enerji infrastruktur obyektində və ikimərtəbəli binada yanğın olub.

Hücum zamanı 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb.

Neft bazasının ümumi tutumu 16 min kubmetrdən çoxdur.

Modern.az-ın məlumatına görə, Ukrayna prezidenti Volodimir Zelenski də SOCAR-a məxsus neft bazasına hücuma münasibət bildirib.

O, hücumun Rusiya tərəfindən məqsədli şəkildə həyata keçirildiyini deyib.

"Rusiya tərəfindən Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə qəsdən hücum olub. Bu bizim münasibətlərimizə və enerji müstəqilliyimizə hücumdur", - Zelenski qeyd edib.

Ukrayna lideri Rusiyanın məqsədyönlü olaraq mülki şəxsləri və infrasturkturları hədəfə aldığını bildirib.

Zelenski müharibənin dayanmalı olduğunu və bunun üçün Rusiyanın addım atmalı olduğunu bəyan vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu