Modern.az

İran 2 milyon qaçqını Əfqanıstana qaytaracaq

İran 2 milyon qaçqını Əfqanıstana qaytaracaq

Dünya

18 Avqust 2025, 15:44

İranın daxili işlər naziri İsgəndər Mömini bazar ertəsi günü bildirib ki, 1,2 milyondan çox əfqan artıq Xorasan əyalətinin sərhədindən keçərək ölkəni tərk edib və 2 milyona yaxın qeyri-qanuni miqrantın mərhələli şəkildə Əfqanıstana geri qaytarılması planlaşdırılır.

Modern.az xəbər verir ki, daxili işlər nazirinin sözlərinə görə, ən çox ölkəni tərk edən əfqanlar Xorasan vilayəti ilə sərhəddə qeydə alınıb. İndiyədək 1 milyon 200 min Əfqanıstan vətəndaşı İranı tərk edib və 2 milyon qeyri-qanuni miqrantın mərhələli şəkildə geri qaytarılması məsələsi gündəmdədir.

İranlı nazir bu gün Məşhəd şəhərinə işgüzar səfəri zamanı bəyan edib ki, əcnəbi vətəndaşların vəziyyətinin nəzərdən keçirilməsi və ölkə sərhədlərinin idarə olunması üçün xüsusi iclas keçiriləcək. O bildirib ki, Daxili İşlər Nazirliyinin ən mühüm proqramlarından biri sərhədlərin bağlanması və qeyri-qanuni əcnəbilərlə işin təşkili prosesinin öyrənilməsidir ki, bu məsələ avqustun 18-də axşam saatlarında Məşhəddə milli və regional qurumların iştirakı ilə keçiriləcək iclasda müzakirə olunacaq.

O, miqrantlara nəzarətin zəruriliyini vurğulayaraq əlavə edib ki, nəzərdə tutulan proqrama əsasən, birinci mərhələdə ölkəyə sənədsiz daxil olmuş iki milyona yaxın qeyri-qanuni miqrantın geri qaytarılması nəzərdə tutulur. “Hazırda İranda altı milyondan çox Əfqanıstan vətəndaşı var və təbiidir ki, əhalinin bu qrupuna nəzarət ciddi milli və beynəlxalq əməkdaşlıq tələb edir”, -deyə iranlı nazir vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu