Azərbaycanla Ermənistan arasında sülh bərqərar oldu.
Modern.az-ın məlumatına görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan müraciəti zamanı bildirib.
O qeyd edib ki, Ermənistan 30 ildən sonra blokadadan çıxır.
"1990-cı illərdən bəri ilk dəfə sülh içindəyik. 8 avqustdan sonra hər şey dəyişib", - Paşinyan deyib.
O, ABŞ-də Azərbaycanla müqavilənin paraflanmasını dönüş nöqtəsi adlandırıb.
"Biz sülh şəraitində yaşamağın, sülh şəraitində işləməyin nə demək olduğunu bilmirik. Bu, bizim üçün yad bir hissdir, çünki müstəqilliyimizin ilk günündən münaqişə atmosferində, müharibə şəraitində yaşamışıq. Biz sıfırdan öyrənməliyik ki, sülh içində yaşamaq nə deməkdir, sülh nədir, o necə olur və hansı görkəmə malikdir", - Paçinyan əlavə edib.