Rusiya Hərbi Hava Qüvvələri SOCAR-ın Odessa vilayətində yerləşən neft terminallarına zərbələr endirib. Bu, son həftələrdə Rusiyanın Azərbaycan dövlət şirkətinə ikinci zərbəsidir.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkələrdə yazıb .
"Moskva bunu bilərəkdən edir, Azərbaycanın maraqlarına zidd hərəkət edir. Bu, bir daha Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın yeni səviyyəsinin vacibliyini, eləcə də bu cür hücumlara adekvat diplomatik və hüquqi cavab verilməsinin vacibliyini nümayiş etdirir", - nazir qeyd edib.