Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evə gedib.
Modern.az xəbər verir ki, onu qapıda ABŞ Prezidenti Donald Tramp qarşılayıb.
Tramp Zelenskini Vaşinqtondakı prezident iqamətgahının qarşısında salamlayarkən onun qara pencək geyinməsinə diqqət çəkib: “İnanmıram, xoşuma gəlir”, – deyə Tramp jurnalistlərin qarşısında bildirib.
Daha sonra ABŞ lideri ukraynalı həmkarının çiyninə əlini qoyaraq, onu içəri dəvət edib. Zelenski və Tramp qısa salamlaşmadan sonra Ağ Evin içərisinə daxil olublar.
İki lider arasında görüş artıq başlayıb.