Modern.az

Seçki keçirməyə hazıram, amma... - ZELENSKİ

Seçki keçirməyə hazıram, amma... - ZELENSKİ

Dünya

18 Avqust 2025, 21:50

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə prezident seçkiləri keçirməyə hazır olduğunu bildirib.

Modern.az xəbər verir ki, bunu Ukrayna lideri Ağ Evdə amerikalı həmkarı Donald Trampla görüşündə deyib.

Lakin Zelenskinin fikrincə, bunun üçün döyüş əməliyyatlarının dayandırılması lazımdır.

"Biz bunu təhlükəsizliyimizin təmin edildiyi şəraitdə etməliyik. Açıq demokratik seçkilər keçirmək üçün atəşkəs lazımdır", - Ukrayna Prezidenti vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu