Modern.az

Pezeşkian Göy məsciddə namaz qıldı - VİDEO

Pezeşkian Göy məsciddə namaz qıldı - VİDEO

Dünya

19 Avqust 2025, 09:13

Ermənistanda səfərdə olan İran prezidenti Məsud Pezeşkian İrəvan şəhərində yerləşən Göy Məscidi ziyarət edib.

Modern.az xəbər verir ki, o, burada ibadət mərasimində iştirak edib və namaz qılıb.

Qeyd edək ki, Göy Məscid 1760-cı illərdə İrəvan xanı Hüseynəli xan tərəfindən inşa olunub və vaxtilə şəhərin ən böyük məscidi olub. Lakin XX əsrin ortalarından etibarən Ermənistan ərazisində bütün Azərbaycan izləri – məscidlər, qəbiristanlıqlar, memarlıq abidələri sistemli şəkildə dağıdılıb. 1988-ci ildən başlayaraq azərbaycanlılar Ermənistanın bütün ərazilərindən, o cümlədən İrəvandan kütləvi şəkildə qovulduqdan sonra Göy Məscid də sahibsiz qalıb.

Həmin görüntüləri təqdim edirik:

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal