Modern.az

Makron Putin-Zelenski görüşünün bu şəhərdə keçirilməsini istəyir

Makron Putin-Zelenski görüşünün bu şəhərdə keçirilməsini istəyir

Dünya

19 Avqust 2025, 10:51

Fransa Prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında ikitərəfli görüşün Cenevrədə keçirilməsinin daha uyğun ola biləcəyini bildirib.

Modern.az xəbər verir ki, Fransa lideri bu barədə TF1 telekanalına müsahibəsində danışıb.

O, görüşün Parisdə keçirilməsini istisna edib və hazırkı vəziyyətin fərqli mərhələdə olduğunu vurğulayıb:

“Neytral ölkə tapmaq lazımdır. Ola bilsin ki, İsveçrə – mən Cenevrənin tərəfdarıyam. Yaxud başqa bir ölkə seçilə bilər. Sonuncu dəfə Türkiyədə, İstanbulda ikitərəfli məsləhətləşmələr baş tutmuşdu”, – deyə Makron qeyd edib.

Fransa prezidenti əlavə edib ki, Vaşinqtonda Avropa liderlərinin, ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenskinin iştirakı ilə keçirilən görüşdə Rusiya-Ukrayna münasibətləri müzakirə olunub. Onun sözlərinə görə, ilkin olaraq yüksək səviyyəli ikitərəfli təmaslar, ardınca isə ABŞ-ın iştirakı ilə üçtərəfli, daha sonra isə daha geniş formatda çoxtərəfli görüşlərin keçirilməsi vacibdir.

Makron, həmçinin mətbuat konfransında Avropa ölkələrinin və Türkiyənin də bu prosesdə iştirakının əhəmiyyətini vurğulayıb.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal