Modern.az

Zelenski-Putin görüşü üçün bu ölkə təklif edildi

Zelenski-Putin görüşü üçün bu ölkə təklif edildi

Dünya

19 Avqust 2025, 11:36

Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinin görüşü Macarıstanda keçirilə bilər.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” Ağ Evdəki mənbəyə istinadən yazır.

Mənbənin məlumatına görə, Putin və Zelenskinin görüşü Macarıstanda keçirilə bilər. Lakin Kreml buna razılıq verdiyini açıq şəkildə elan etməyib.

Almaniya kansleri Fridrix Merts bundan əvvəl bildirib ki, Ukrayna və Rusiya prezidentləri növbəti iki həftə ərzində görüş keçirəcəklər.

ABŞ Prezidenti Donald Tramp avqustun 18-də Putinə zəng etdiyini, Rusiya və Ukrayna prezidentlərinin görüşü barədə danışıqlara başladığını bildirib. Bu görüşdən sonra Putin, Tramp və Zelenskinin üçtərəfli sammiti keçirilməlidir.

Mənbə qeyd edib ki, bu ardıcıllığı məhz Putin təklif edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal