Finlandiya parlamentinin deputatı parlament binasında intihar edib.
Modern.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib.
"Tibbi yardım xidmətləri, xilasetmə qrupları və polis orqanları təcili çağırışla hadisə yerinə cəlb edilib", - parlamentin təhlükəsizlik departamentinin rəhbəri Aaro Toivonen deyib.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.