Modern.az

Kılıçdaroğludan iddialara cavab: “Tamamilə yalandır”

Kılıçdaroğludan iddialara cavab: “Tamamilə yalandır”

Dünya

19 Avqust 2025, 18:59

Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kemal Kılıçdaroğlu Ankaranın Böyük Şəhər Bələdiyyəsinin başçısı Mansur Yavaşın prezidentliyə namizədliyinə qarşı çıxması barədə iddialara münasibət bildirib.

Modern.az xəbər verir ki, o, yayılan iddiaları təkzib edib.

“Adımdan yayılan xəbər və şərhlərin heç biri doğru deyil. Tamamilə yalandır. Ortada seçki yoxkən belə bir açıqlama verməyim mümkün deyil”, - Kılıçdaroğlu qeyd edib.

O, Mansur Yavaşla bağlı hər hansı “qeyd-şərt” qoymadığını bildirib:

“Mənim belə bir açıqlamam olmayıb. Ortada prezident seçkisi yoxdur. Mən niyə belə danışım? Mansur bəy haqqında niyə belə bir irad ortaya qoyum? Kiminsə uydurduğu yalandır və buna hamı inanır. Mən heç kimə açıqlama verməmişəm”.

Qeyd edək ki, mətbuatda Kılıçdaroğlunun həbsdə olan bələdiyyə sədri Ekrem İmamoğlu və Mansur Yavaşın namizədliyinə qarşı olduğu, yeni namizədin irəli sürülməsini dəstəklədiyi barədə iddialar yayılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal