Modern.az

Pezeşkian Belarusa gedib

Pezeşkian Belarusa gedib

Dünya

20 Avqust 2025, 09:15

İran prezidenti Məsud Pezeşkian Ermənistana səfərlərindən sonra Belarusa gedib.

Modern.az xəbər verir ki, Məsud Pezeşkian Belarus prezidenti Aleksandr Lukaşenkonun rəsmi dəvəti ilə Minskə rəsmi səfər edib.

Pezeçkianı Minskdəki hava limanında Belarus rəsmiləri ilə yanaşı, iki belaruslu xanım ənənəvi qonaqpərvərlik kimi duz-çörəklə qarşılayıb.

Bu səfər zamanı prezident Pezeşkian belaruslu həmkarı və ölkə parlamentinin sədri ilə görüşəcək, həmçinin Belarusda yaşayan iranlılarla bir araya gələcək.

Səfər zamanı iki ölkə arasında bir sıra əməkdaşlıq sənədləri də imzalanacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal