Modern.az

Putinlə Ərdoğan danışıqlar apardı

Putinlə Ərdoğan danışıqlar apardı

Dünya

20 Avqust 2025, 14:49

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı apatıb.

Modern.az bu barədə Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.

Liderlər Alyaskada keçirilən Rusiya-Amerika sammiti ilə bağlı fikirlərini bölüşüb. Rusiya və Türkiyə Prezidentləri Ukrayna ətrafında vəziyyətin inkişafını müzakirə ediblər.

"Rusiya tərəfi İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların aparılmasında Türkiyənin göstərdiyi yardımı məmnunluqla qeyd edib", - Kreml qeyd edib.

Rusiya ilə Türkiyə arasında ikitərəfli münasibətlər, o cümlədən ticarət və investisiya əlaqələrinin inkişafı məsələləri də müzakirə olunub.

Xatırladaq ki, avqustun 15-də Ankoricdə Vladimir Putinlə Donald Tramp arasında görüş baş tutub. Rusiya lideri görüş barədə Hindistanın baş naziri Narendra Modi, Qırğızıstan prezidenti Sadır Japarov, Braziliya prezidenti Lula da Silva və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səuda məlumat verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal