Modern.az

“Zəngəzur dəhlizi”nun bu hisssəsində tikinti başlayır

“Zəngəzur dəhlizi”nun bu hisssəsində tikinti başlayır

Dünya

21 Avqust 2025, 09:12

Avqustun 22-də Türkiyə və Azərbaycan sərhədində yerləşən Qarsdan Dilucuya dəmir yolu xəttinin tikintisinə başlanılacaq. Modern.az xəbər verir ki, bu barədə “Vesti Kavkaz”ın məlumatında bildirilib.

Türkiyəni Naxçıvanla birləşdirəcək dəmir yolunun tikintisinə başlanması ilə bağlı rəsmi mərasim İğdır şəhərində keçiriləcək. Bu barədə Türkiyənin Nəqliyyat Nazirliyinin rəhbəri Abdulkadir Uraloğlu bildirib.

Məlumata görə, dəmir yolu “Zəngəzur dəhlizi” layihəsinin bir hissəsi olacaq.

Nəqliyyat arteriyası Türkiyənin şərqində logistikanı yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Yolun həm də mühüm geostrateji əhəmiyyəti olacaq.

Layihənin həyata keçirilməsinə təxminən 2,4 milyard avro ayrılacaq. Marşrutun uzunluğu 224 km olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...